Pleyeri seçin:

İlham Əliyev MDB-nin Baş katibi ilə görüşdü

08 fevral 2024 624 baxış

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

Sergey Lebedev Prezident İlham Əliyevə seçkilərdə inamlı qələbə münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkiləri müşahidə etdiklərinə görə təşəkkürünü bildirib, MDB müşahidə missiyasının Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğulayıb.

Sergey Lebedev qeyd edib ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. Vurğulayıb ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbaycan xalqının bu seçkilərdə xüsusi rəğbət hissi ilə öz seçki hüququndan istifadə etdiklərini bildirib.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə seçkilərin keçirilməsi prosesində iştirak etdiyini deyib, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həmin ərazilərdə seçki hüquqlarından istifadə etdiklərini vurğulayıb.

Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu deyib. Qonaq hər bir seçkinin ölkələrin qanunvericiliyinə uyğun və Seçki Məcəlləsi əsasında keçirilməli olduğunu qeyd edib və bu seçkilərin də Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirib.

Banner
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 624 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 624 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 624 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 624 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 624 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 624 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 624 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 624 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 624 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 624 baxış
Seçilmişlər
icon