Pleyeri seçin:
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.
Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirib və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Söhbət zamanı Prezident İlham Əliyevin və Dritan Abazoviçin bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlanıb.
Görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edilib, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə dəstəyi vurğulanıb.
Kopyalandı
#Monteneqro teqi istifadə olunub
- Cüdoçularımız Monteneqroda Avropa çempionatında mübarizəyə başlayır - Baku TV
- Azərbaycan Cüdo Federasiyası "Baku TV"yə adları açıqladı - Baku TV
- Monteneqroda yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər
- Monteneqroda təşkil olunan festival avqustun 15-dək davam edəcək
- Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV
