Pleyeri seçin:

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16 iyun 2026 203 baxış

Prezident İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.

Söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırladıb.

Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olunub, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulanıb.

Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edilib, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirilib.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunulub, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edilib.

Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.

Zəngəzur uğrunda gizli mübarizə: ABŞ, İran və Ermənistan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Zəngəzur uğrunda gizli mübarizə: ABŞ, İran və Ermənistan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
18 iyul 2026 203 baxış
Bakı Ali Məhkəməsində Ermənistan vətəndaşlarına bəraət verilməsi və hökmün ləğvi istənildi - Baku TV

Bakı Ali Məhkəməsində Ermənistan vətəndaşlarına bəraət verilməsi və hökmün ləğvi istənildi - Baku TV

Siyasət
18 iyul 2026 203 baxış
”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV

”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV

Siyasət
18 iyul 2026 203 baxış
"Türkiyə-Azərbaycan qardaşlığı geosiyasi proseslərə də təsir göstərir" | Cavanşir Feyziyev - Baku TV

"Türkiyə-Azərbaycan qardaşlığı geosiyasi proseslərə də təsir göstərir" | Cavanşir Feyziyev - Baku TV

Siyasət
17 iyul 2026 203 baxış
Azərbaycan Körfəz investorları üçün niyə cəlbedicidir? - AKTUAL GÜNDƏM

Azərbaycan Körfəz investorları üçün niyə cəlbedicidir? - AKTUAL GÜNDƏM

Siyasət
17 iyul 2026 203 baxış
Əhalinin siyahıyaalınması ilə bağlı hansı yeniliklər ediləcək? - Baku TV

Əhalinin siyahıyaalınması ilə bağlı hansı yeniliklər ediləcək? - Baku TV

Siyasət
17 iyul 2026 203 baxış
Prezident İlham Əliyev yeni səfirlə söhbət etdi

Prezident İlham Əliyev yeni səfirlə söhbət etdi

Siyasət
17 iyul 2026 203 baxış
Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

Siyasət
17 iyul 2026 203 baxış
Prezident Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib

Prezident Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib

Siyasət
17 iyul 2026 203 baxış
Prezident İlham Əliyev Braziliya səfirinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev Braziliya səfirinin etimadnaməsini qəbul etdi

Siyasət
17 iyul 2026 203 baxış
Seçilmişlər
icon