Pleyeri seçin:

İlham Əliyev və Estoniyanın xarici işlər naziri nələri müzakirə etdi? - Baku TV

27 noyabr 2026 133 baxış

Prezident İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

Söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlanıb.

Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxunub və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini deyib, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu deyib, ölkəmizin regionda önəmli rol oynadığını vurğulayıb.

Münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirib və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxunub.

Dövlət başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasını əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulanıb.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Banner
Estoniya Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqa necə töhfə verə bilər? - Baku TV

Estoniya Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqa necə töhfə verə bilər? - Baku TV

Siyasət
27 noyabr 2026 154 baxış
Azərbaycanın ATƏT-ə sədrliyə namizədliyini irəli sürməsi hansı imkanları yarada bilər? - Baku TV

Azərbaycanın ATƏT-ə sədrliyə namizədliyini irəli sürməsi hansı imkanları yarada bilər? - Baku TV

Siyasət
27 noyabr 2026 174 baxış
Bakı və Tallin arasında yeni perspektivlər | Rəsmi Bakının gözləntiləri nədir? - Baku TV

Bakı və Tallin arasında yeni perspektivlər | Rəsmi Bakının gözləntiləri nədir? - Baku TV

Siyasət
27 noyabr 2026 176 baxış
Yaşıl enerji və innovasiyalar | İki ölkə üçün hansı yeni imkanlar yaranır? - Baku TV

Yaşıl enerji və innovasiyalar | İki ölkə üçün hansı yeni imkanlar yaranır? - Baku TV

Siyasət
27 noyabr 2026 135 baxış
Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev və qızı ifadə verdi - Baku TV CANLI

Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev və qızı ifadə verdi - Baku TV CANLI

Siyasət
27 noyabr 2026 72 baxış
Mərakeşdəki seminarda süni intellektin korrupsiyaya qarşı mübarizədə rolu müzakirə olundu - Baku TV

Mərakeşdəki seminarda süni intellektin korrupsiyaya qarşı mübarizədə rolu müzakirə olundu - Baku TV

Siyasət
27 noyabr 2026 90 baxış
Sülh gündəliyində yeni mərhələ | Nələr müzakirə olunur? - Baku TV CANLI

Sülh gündəliyində yeni mərhələ | Nələr müzakirə olunur? - Baku TV CANLI

Siyasət
27 noyabr 2026 115 baxış
Pezeşkiandan birlik mesajı | Paşinyan yeni Konstitusiya ilə bağlı nə dedi? - YENİ BİR SƏHƏR

Pezeşkiandan birlik mesajı | Paşinyan yeni Konstitusiya ilə bağlı nə dedi? - YENİ BİR SƏHƏR

Siyasət
27 noyabr 2026 114 baxış
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində yeni dialoq formatı yaradılır - Baku TV

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində yeni dialoq formatı yaradılır - Baku TV

Siyasət
27 noyabr 2026 117 baxış
Paşinyan “Yerablur”la sülh sazişi arasında seçim qoydu - Baku TV

Paşinyan “Yerablur”la sülh sazişi arasında seçim qoydu - Baku TV

Siyasət
27 noyabr 2026 112 baxış
Seçilmişlər
icon