İlham Əliyev və Putin arasında yeni razılaşma olacaq? | Korotçenkodan şərh
Yeniliklərdən dərhal xəbərdar olun
“Kreml İlham Əliyevin hazırkı səfərinə müstəsna əhəmiyyət verir”.
Bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko bu gün Prezident İlham Əliyevin Moskvaya gözlənilən səfəri haqqında qeyd edib.
“Birincisi, Azərbaycan bu gün Rusiyanın ən mühüm ticarət-iqtisadi tərəfdaşlarından biri, etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli müttəfiqi, beynəlxalq aləmdə hörmətli və nüfuzlu ölkədir.
İkincisi, faktiki olaraq Rusiyaya xəyanət edən, Qərblə fəal şəkildə flört edən və KTMT-dəki üzvlüyünü donduran Ermənistanın fonunda Bakı Kremllə rəsmi və qeyri-rəsmi bütün razılaşmalarını açıq-aydın həyata keçirir.
Üçüncüsü, son illər Azərbaycanın beynəlxalq nüfuzu və təsiri xeyli çoxalıb, bu gün Moskvanın nəzarətində strateji xarakter daşıyan mehriban qonşuluq münasibətlərinin dəyəri artıb.
Dördüncüsü, ABŞ və AB-nin həm Rusiya, həm də Azərbaycana artan siyasi təzyiqləri kontekstində Moskva ilə Bakının qarşılıqlı dəstəyi və əməkdaşlığı hazırkı qlobal geosiyasi turbulentliyə tab gətirməyə imkan verəcək.
Rusiyanın ekspert icması Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərini alqışlayır və onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü və danışıqları zamanı ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi üçün yeni razılaşmaların əldə olunacağını gözləyir”, – o bildirib.
Qeyd edək ki, aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərə yollanıb. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə müzakirələr aparacaq, həmçinin prezidentlər Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə BAM veteranları və dəmir yolu sənayesi işçiləri ilə görüşəcəklər.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
