İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu baş tutub.
Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev belə bir mühüm beynəlxalq tədbiri təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edib.
Dövlət başçısı bildirib ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.
“COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkəyə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır”, – deyə Prezident İlham Əliyev qeyd edib.
#XII Qlobal Bakı Forumu teqi istifadə olunub
- "Euronews"da Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi videosüjet yayımlandı
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın “yaşıl enerji” siyasətini necə dəyərləndirirlər
- Prezident Qarabağ həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırdı - BİZDƏN NƏ DANIŞIRLAR?
- Bakı diqqət mərkəzində | XII Qlobal Bakı Forumunda mühüm müzakirələr aparıldı
- Bu sahədə süni intellektdən istifadə edilir | Səhiyyə nazirindən açıqlama
