Pleyeri seçin:

İlham Əliyev yeni holdinqlə bağlı fərman imzaladı | Detallar açıqlandı

07 noyabr 2024 676 baxış

Prezident İlham Əliyev “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.

Bunlar “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və “Bakı Gəmiqayırma Zavodu” MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos), Nazirliyə məxsus “Aztelekom”, “Azerbaijan International Telecom” (AzInTelecom), “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” İstehsalat Birliyi, eləcə də ilk səkkiz hüquqi şəxsin təsisçisi və iştirakçısı olduğu hüquqi şəxslər və müəssisələrdir.

AZCON-un fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir.

Qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri, üzvləri isə iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru, Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri və Kosmik Agentliyin İdarə Heyətinin sədridir.

Holdinqin nizamnamə fondu 10 milyon manatdır və idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AZCON-un Nizamnaməsinin layihəsini hazırlayıb, bir ay müddətində Prezidentə təqdim etməli, Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 676 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 676 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 676 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 676 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 676 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 676 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 676 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 676 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 676 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 676 baxış
Seçilmişlər
icon