Pleyeri seçin:

İndiki Ermənistanda dövlət səviyyəsində toponim cinayətləri törədilib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

04 sentyabr 2023 394 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Əməkdar incəsənət xadimi, şair-dramaturq, görkəmli ictimai-siyasi xadim Hidayət Orucov olub. O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Muğru bölgəsinin Maralzəmi kəndindən, uşaqlıq, yeniyetməlik, gənclik illərindən söhbət açıb.

Bildirib ki, Maralzəmidə keçirdiyi günlər ən əziz xatirə kimi bu gün də yaddaşındadır. O, babası Sultan Yüzbaşının Zəngəzurun sayılıb-seçilən ağsaqqallarından, hörmətli şəxsiyyətlərindən olduğunu, 1918-ci ildə ailəsi ilə birlikdə deportasiya edildiyini, sovet hakimiyyəti qurulduğu illərdə təkrar Maralzəmiyə qayıtmaq üçün hazırlıq gördüyünü, Bahar çayına düşərək həlak olduğunu söyləyib. Vurğulayıb ki, nənəsi Zinət xanım, anası Süsənbər xanım o dövrlərdə ailənin yaşadığı çətinlikləri, şahidi olduqları erməni vəhşiliklərini uşaqlarına, nəvələrinə nəql ediblər.

H.Orucov İrəvanda Azərbaycan teatrının yaranmasından, bunun tarixi əhəmiyyətindən, onun fəaliyyətindən, sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin teatr kollektivinə dəstəyindən də danışıb:

“İrəvanda Azərbaycan teatrının yaranması böyük tarixi hadisədir. Bu mədəniyyət ocağının tarixi həm də onun göstəricisidir ki, Azərbaycan türkləri bu yerlərin əsl sakinləridirlər, mədəni, ictimai-siyasi sferada böyük tarix yazıblar, yaradıblar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinə ulu öndər Heydər Əliyevin daim dəstəyi var idi. Biz həmişə bu dəstəyi üzərimizdə hiss edirdik.

Ümumiyyətlə, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsindən sonra Ermənistanda azərbaycanlılara qarşı təhdid və təzyiqlər nisbətən azalmışdı. Amma ayrı-seçkilik yenə də özünü göstərirdi. Misal üçün, azərbaycanlı kadrları Ermənistanda işlə təmin etmirdilər. Onlar da məcbur qalıb Azərbaycana gedir, orada işləyirdilər. Azərbaycanlılara məxsus yer adlarını, toponimləri dəyişir, erməni adları qoyurdular. Bunun özü də bir təzyiq, tarixi saxtalaşdırmaq cəhdi idi. İndiki Ermənistan ərazisində dövlət səviyyəsində çoxsaylı toponim cinayətləri törədilib. Bunun kimi çoxsaylı faktlar sadalamaq olar”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 394 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 394 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 394 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Seçilmişlər
icon