İsrail səfiri İranın hücumunun səbəbini Baku TV-yə açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Aprelin 14-ü baş verənlər bir ilk idi. İran ilk dəfədir ki, etibar etdiyi qüvvələrin arxasında gizlənmədi. Pilotsuz təyyarələr, ballistik və qanadsız raketlər ilə İsrailə hücum etdi”.
Bunu Baku TV-yə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
“Bu hücum millətimizə, xalqımıza, torpağımıza qarşı yönəlmişdi. Düşünürəm ki, baş verənlərdən sonra dünya İranın, əslində, necə bir ölkə olduğunu gördü.
Terrorizmin əsas sponsoru olan bu ölkənin rəsmiləri həmişə bizi öldürmək və İsraili məhv etmək istədiklərini söyləyirdilər. İran ilk dəfədir ki, bunu reallaşdırmaq üçün hərəkətə keçdi. Bu, miqyasına görə görünməmiş bir addım oldu. İsrailə qarşı yönələn hücumun nəticəsinə baxarkən düşündüyümüz tək bir şey var: İran təcavüzünün bədəlini ödəməlidir”, – o qeyd edib.
#İsrail səfirliyi teqi istifadə olunub
- İsrailin Ukraynadakı səfirliyi niyə Xarici İşlər Nazirliyinə çağırıldı? - ANA XƏBƏR
- İran müxalifəti İsrail səfirliyinə yürüş etdi
- İranın hərbi gəmisinə hücum | Ölənlər var - Baku TV
- Qəzzada sülh üçün iki mühüm şərt - İsrail səfirindən sərt mesaj | RƏSMİLƏR
- SEPAH İsrailin Meksikadakı səfirinə sui-qəsd hazırlayıb
