İsrailin xarici işlər nazirindən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“İranın nüvə silahlanmasının qarşısını almaq üçün yalnız 2 yol var: sanksiyalara qayıtmaq və ya hərbi varianta əl atmaq”.
Bunu İsrailin xarici işlər naziri Eli Koen Berlində alman həmkarı Annalena Berbokla birgə mətbuat konfransı zamanı deyib. “İran dövlət terrorunun izlərini Ukrayna nümunəsində görmək olar. İran rejimi artıq təkcə regional deyil, həm Avropanın, həm də bütün dünyanın problemidir”, - deyə E.Koen bildirib.
Nazir həmçinin Almaniyanı İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa və bu statusu bütün Avropaya yaymağa çağırıb.
“İran xərçəng şişinə bənzəyir. O, “Həmas”, “Cihad” və “Hizbullah”ı maliyyələşdirir. Bir neçə gün əvvəl antisemit İran rejimi alman yəhudi liderlərinə və yerli təşkilatlara qarşı sanksiyalar tətbiq edib. İsraillilər və almanlar bununla birlikdə mübarizə aparmalıdırlar”, - deyə İsrail xarici işlər naziri bəyan edib.
#İsrail XİN teqi istifadə olunub
- İsrail XİN Netanyahunun heykəlini partladan İspaniyanı tənqid etdi
- "Enerji əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir" | İsrailin XİN rəhbəri Bakıda - Baku TV
- “İsrail və Azərbaycan regionda sabitliyin tərəfdarıdır” | Gideon Saar
- “Ölkəmizdə mən də sizə bu qonaqpərvərliyi göstərmək istəyirəm” | Gideon Saar
- Normallaşma prosesi, təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
