Pleyeri seçin:

Kameral təsvirlərdə məşhur azərbaycanlılar haqqında da dəqiq məlumatlar var

01 iyul 2024 466 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Azərbaycan Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktoru, tədqiqatçı-alim Nazir Əhmədli olub.

Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan N.Əhmədli vurğulayıb ki, daşnak Andranik Ozanyan və onun quldur dəstələri Dərələyəzdə böyük faciələrə yol açıblar.

Günahsız insanlar qətlə yetirilib, öz ata-baba yurdunu zorla tərk etmək məcburiyyətində qalıblar. Nəticədə Qərbi Azərbaycandakı soydaşlarımızın sayı kəskin azalıb. O, 1948-1953-cü ilin deportasiyasında atasının, babasının, həmçinin yaxın qohumlarının da öz Vətənindən didərgin düşdüyünü dilə gətirib.

Deyib ki, İosif Stalinin ölümündən bir müddət sonra babası, atası, ailə üzvləri yenidən Gabud kəndinə qayıdıblar. Lakin həmin dövrdə də soydaşlarımıza münasibətdə diskriminasiya, ayrı-seçkilik hər addımda özünü büruzə verib. Ən nəhayət, 1988-ci ilin deportasiyasında Qərbi Azərbaycandan bütün azərbaycanlılar deportasiya olunub ki, bununla da erməni millətçiləri türksüz Ermənistan ideyasını gerçəkləşdirə biliblər.

Tədqiqatçı-alim N.Əhmədli qeyd edib ki, XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen Rusiyaya gələrək Qafqaz canişinliyində işləyib.

Həmin dövrdə o, işğalçı general İvan Paskeviçin göstərişi ilə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinin, coğrafiyasının tədqiqi ilə məşğul olmağa maraq göstərib. 1829-1832-ci illərdə Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və sair barədə geniş məlumatı toplayıb, kameral təsvirlər yaradıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 466 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 466 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 466 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 466 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 466 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 466 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 466 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 466 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 466 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 466 baxış
Seçilmişlər
icon