Kamran Əliyevdən prokurorların əməkdaşlığı barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Son zamanlar transmilli cinayətlərin çoxalması əməkdaşlığı zəruri edir”.
Bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransından sonra jurnalistlərə açıqlamasında prokuror Kamran Əliyev deyib.
“Təbii ki, əməkdaşlıq hüquq mühafizə orqanları arasında, xüsusilə prokurorluq orqanları arasında həm beynəlxalq, həm də regional səviyyədə həyata keçirilir. Bizim bugünkü konfransın məhz sərhədyanı prokurorların əməkdaşlığı mövzusuna həsr olunması mahiyyət etibarilə yeni bir müstəvidir. Yəni bu, iki qardaş dövlət arasında münasibətlərin hüquqi əməkdaşlıq sahəsinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsidir. Eyni zamanda bu, ölkələr arasında yaranmış gözəl siyasi münasibət və digər sahələrdə intensiv münasibətlərin inkişafı bizim hüquq mühafizə orqanlarında da məhz bu səviyyədə, bu dərəcədə intensiv əməkdaşlığı zəruri edir", – deyə Kamran Əliyev əlavə edib.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
