Pleyeri seçin:

Kiyev sakinlərindən təşəkkür: Çoxunun etmədiyini Azərbaycan edir

29 noyabr 2023 380 baxış

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib. 2023-cü ildə isə enerji mənbələrinin hava hücumlarına məruz qalması səbəbindən yaranan böhran ilə əlaqədar əsasən elektrik avadanlıqları göndərilib.

Rəsmi Bakının bu dəstəyi həm rəsmi dairələr, həm də Ukrayna xalqı tərəfindən yüksək qiymətləndirilir.

Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib:

“Bizim bu istiqamətdə Bakı ilə çox yaxşı layihələrimiz var. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri ilə müzakirələr aparırıq. Uşaqların reabilitasiyası ilə bağlı proqramı davam etdirəcəyik. İndiyədək ukraynalı hərbçilərin övladlarından ibarət iki qrupu Azərbaycana göndərmişik. Onların bəziləri kimsəsiz uşaqlardır.

Bundan başqa, minatəmizləmə ilə bağlı çox yaxşı layihə həyata keçiririk. Bu, Ukrayna üçün çox vacibdir, çünki hazırda ölkəmizin 200 min kvadrat kilometr ərazisi minalanıb”.

Kiyev sakini Vasili Bilan isə Ukrayna xalqının Azərbaycanın köməyini heç vaxt unutmayacağını bildirib:

“Bu gün Azərbaycan bizə kömək edir, sabah biz gücləndikdən sonra Azərbaycana yardım göstərəcəyik. Ukrayna xalqı Azərbaycanın köməyini heç vaxt unutmayacaq. Göstərilən yardımlara görə minnətdarıq. Ukraynada elektrik enerjisinin olması da Azərbaycanın yardımının təzahürüdür. Azərbaycan xalqına bir daha təşəkkür edirəm”.

Qeyd edək ki, son günlərdə Kiyevə edilən dron hücumları nəticəsində şəhərdə 75 çoxmənzilli yaşayış evi, 120 müəssisə işıqsız qalmışdı.

Kopyalandı
Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 380 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 380 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 380 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 380 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 380 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 380 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 380 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 380 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 380 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 380 baxış
Seçilmişlər
icon