Kral III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“İkitərəfli əlaqələrimizin möhkəmliyini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm”.
Bu sözlər Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
“Cənab Prezident. Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Bu əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir. İkitərəfli əlaqələrimizin möhkəmliyini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm.
Dövrümüzün ortaq çağırışları, xüsusilə iqlim dəyişikliyi və ətraf mühitimizin qorunması ilə bağlı məsələlərlə üzləşdiyimiz bir vaxtda ölkələrimizin təsirli və uzunmüddətli həllər naminə birgə fəaliyyətini davam etdirəcəyinə ümidvaram.
Həyat yoldaşım və mən qarşıdakı dövrdə sülh, firavanlıq, rifah diləyi ilə sizə və bütün azərbaycanlılara ən səmimi salamlarımızı göndəririk”, – deyə Böyük Britaniya Kralı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
