Lavrov Türkiyəyə səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Ankaraya səfər edəcək.
Rusiya XİN-dən verilən məlumata görə, tərəflər Türkiyədə keçiriləcək görüşdə “Akkuyu” və “Türk axını” atom elektrik stansiyalarının tikintisini müzakirə edəcəklər. Həmçinin nazirlər növbəti turizm mövsümü ərəfəsində Türkiyədə rusların hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər.
Bununla yanaşı, danışıqların mövzularından biri 60 gün müddətinə uzadılan taxıl müqaviləsi ətrafındakı vəziyyət olacaq. S.Lavrov və M.Çavuşoğlu Ukrayna böhranının hazırkı vəziyyəti, münaqişənin sülh yolu ilə həllinin prinsipləri və yolları ətrafında müzakirələr aparacaqlar.
#Sergey Lavrov teqi istifadə olunub
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
