Pleyeri seçin:

MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilib

08 iyun 2023 264 baxış

Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, MDB-nin İcraiyyə Komitəsi, həmçinin Antiterror Mərkəzi və Birliyinin digər institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələlərinin Prezident İlham Əliyevin xüsusi diqqətində olduğunu bildirib. Həmçinin qeyd edib ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət sərhədinin azad edilən hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilib.

General-polkovnik onu da vurğulayıb ki, son illərdə sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyası, transsərhəd cinayətinin yeni növ və formaları müşahidə edilir. Bu baxımdan gedən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsinə kompleks və səmərəli yanaşma beynəlxalq terrorizm, separatizm, transsərhəd cinayətlər, o cümlədən qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və digər qadağan olunan materialların qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitədir.

İclasda həmçinin Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev də çıxış edib. O, dövlət sərhədlərimizin mühafizəsində yeni üsulların tətbiqi istiqamətində işlər aparıldığını deyib.

O cümlədən Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb. Bildirib ki, bu baxımdan, sərhədlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu məsələdə güclərin səfərbər edilməsi vacib əhəmiyyət kəsb edir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 264 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 264 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 264 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 264 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 264 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 264 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 264 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 264 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 264 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 264 baxış
Seçilmişlər
icon