Pleyeri seçin:

Məcburi köçürülən hər ailənin həyat hekayəsində faciə var - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

04 mart 2024 565 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Dərələyəz İcması İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Vəkilov olub.

O, Qərbi Azərbaycanın Dərələyəz mahalının Çivə kəndindən, ata-baba yurdundan söhbət açıb. Bildirib ki, valideynləri, qohumları əsrarəngiz təbii gözəlliyə, səfalı havaya, mülayim iqlimə malik Dərələyəzdən 1951-ci ildə deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşıblar.

Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımılardan danışan S.Vəkilov tarixi torpaqlarımızın, soydaşlarımızın müdafiəsində xüsusi fəallıq göstərən Çivə taboruna diqqət çəkib.

Bildirib ki, xalq qəhrəmanı Balo bəy Vəkilovun rəhbərlik etdiyi bu tabor erməni yaraqlılarına qarşı çox ciddi müqavimət göstərib, minlərlə soydaşımızın həyatını xilas edib. O, babası Əhməd bəy Vəkilovun da bu taborda daşnaklara qarşı vuruşduğunu söyləyib.

Bildirib ki, ermənilər el qəhrəmanı Balo bəyin başına pul mükafatı qoyublarmış. Lakin erməni quldurları heç cür onu qətlə yetirə bilməyiblər. Əvəzində isə sovet hakimiyyəti illərində Balo bəy Vəkilovu şərləyərək həbs etdirib, hətta ona ölüm hökmü verdiriblər. Yalnız görkəmli dövlət xadimi, Balo bəy Vəkilovun əmisi oğlu İlyas Vəkilovun köməkliyi ilə xalq qəhrəmanını ölümdən və həbsdən xilas etmək mümkün olub.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 565 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 565 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 565 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Seçilmişlər
icon