Pleyeri seçin:

Məğlub Ermənistan Ordusu güc siyahısında necə irəliləmişdi? - HƏRBİ XRONİKA

15 yanvar 2025 697 baxış

“Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda ABŞ-nin “Global Firepower” (GFP) şirkətinin “Dünyanın ən güclü orduları 2025” reytinq siyahısından bəhs olunub.

Bildirilib ki, ümumilikdə 145 ölkənin analiz edildiyi 2025-ci il reytinq siyahısında ilk yerləri ABŞ, Rusiya və Çin tutur, qardaş Türkiyə Ordusu isə 9-cu yerdə qərarlaşıb.

“GFP-2025” reytinqində Azərbaycan Ordusu 60-cı sırada, Ermənistan isə 91-ci yerdə qərarlaşıb. Bu, keçənilki ümumi göstəricidən Azərbaycan Ordusu üçün geriləmə, Ermənistan üçün irəliləmə kimi görünsə də, əslində, “Global Firepower” reytinqinin hesablanma texnologiyasına bələd olanlar bunun ordunun zəifləməsi anlamına gəlmədiyini yaxşı bilirlər.

Məsələn, 2020-ci ildə ölkəmizin bu siyahıdakı yeri 64-cü, Ermənistanın isə 111-ci idi. Ordumuz 2021-ci ildə reytinq cədvəlində 64-cü yerində qalsa da, Ermənistan bu siyahıda geriləmək əvəzinə irəliləyərək 100-cü olmuşdu.

2022-ci ildə Azərbaycan 63, Ermənistan 97, 2023-cü ildə ölkəmiz 57-ci, Ermənistan isə daha 3 pillə irəliləyərək 94-cü olmuşdu. 2024-cü ildə antiterror əməliyyatında bir daha darmadağın edildikdən sonra Ermənistan Ordusu siyahıda geriləyərək 102-ci, Azərbaycan isə 59-cu olmuşdu.

“Global Firepower” saytının istənilən iki ölkənin gücünü müqayisə etmək imkanı yaradan funksiyasının köməyi ilə Azərbaycan və Ermənistan ordularının qarşılıqlı müqayisəsi də bir sıra maraqlı rəqəmləri üzə çıxarır. Ölkələrin aviasiya gücünün analizi bölməsində Azərbaycanın 154, Ermənistanın isə 71 hava vasitəsinə sahib olduğu göstərilir. Bunlardan Azərbaycanın arsenalında 12, Ermənistanda isə 4 qırıcı təyyarə olduğu qeyd edilir.

Bir sıra fərqli mənbələrdə Ordumuzun tank sayının 920, hətta 1 000-dən artıq olduğu da dəfələrlə göstərilib ki, bu da bəzi məqamlarda GFP-nin tam etibarlılığına şübhə yaradan məsələlərdəndir.

Beləliklə, etibarlılığı müəyyən qədər şübhə yaratmasına rəğmən, “Global Firepower 2025” reytinqi də istər 2020-ci il Vətən müharibəsində, istərsə də, 2023-cü ilin antiterror əməliyyatlarında öz gücünü real olaraq sübut etmiş Azərbaycan Ordusunun potensialının region səviyyəsindən çox yüksəkdə olduğunu və dünyanın bir sıra inkişaf etmiş ölkələrin orduları ilə müqayisə ediləcək səviyyəyə qalxdığını göstərir. 

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 697 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 697 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 697 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 697 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 697 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 697 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 697 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 697 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 697 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 697 baxış
Seçilmişlər
icon