Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə nələri müzakirə etdi?
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirib.
Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
#Mehriban Əliyeva teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Zəfər parkında olublar - Baku TV CANLI
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - Baku TV
- Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV
- Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV
- Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV
