Pleyeri seçin:

Milli Gimnastika Arenasında dünya çempionatının açılışı keçirildi - Baku TV

05 oktyabr 2026 22 baxış

Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb.

Cüdo üzrə dünya çempionatının açılış mərasimi Azərbaycanda idmanın inkişafı ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaqdan böyük şərəf hissi duyduğunu deyib, respublikamızda idmana, o cümlədən cüdonun inkişafına göstərilən diqqətdən danışıb, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi daimi dəstəyi qeyd edib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer bütün idman növlərinə və tədbirlərinə, o cümlədən bu dünya çempionatına göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edib.

Tədbir bədii hissə ilə davam edib.

Sonra Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.

Banner
Prezidentin sosial media hesablarında yeni istehsal müəssisəsi barədə videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial media hesablarında yeni istehsal müəssisəsi barədə videoçarx paylaşılıb - Baku TV

Siyasət
05 oktyabr 2026 22 baxış
Bərdəyə ilk raket hücumunun törədilməsindən altı il keçir - Baku TV

Bərdəyə ilk raket hücumunun törədilməsindən altı il keçir - Baku TV

Siyasət
05 oktyabr 2026 22 baxış
Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəməsində kənar şəxslərin iştirakına icazə verilmədi - Baku TV

Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəməsində kənar şəxslərin iştirakına icazə verilmədi - Baku TV

Siyasət
05 oktyabr 2026 22 baxış
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak etdi

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak etdi

Siyasət
05 oktyabr 2026 22 baxış
Azərbaycan və Malayziya arasında mühüm məsələlər müzakirə edildi - Baku TV

Azərbaycan və Malayziya arasında mühüm məsələlər müzakirə edildi - Baku TV

Siyasət
05 oktyabr 2026 22 baxış
Dövlətin yeni ideoloji kursu: Azərbaycan hansı modeli qurur? - AKTUAL GÜNDƏM

Dövlətin yeni ideoloji kursu: Azərbaycan hansı modeli qurur? - AKTUAL GÜNDƏM

Siyasət
05 oktyabr 2026 22 baxış
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
05 oktyabr 2026 22 baxış
Cənubi Qafqazın ən böyük partiyası olan YAP barədə vacib detallar - Baku TV

Cənubi Qafqazın ən böyük partiyası olan YAP barədə vacib detallar - Baku TV

Siyasət
05 oktyabr 2026 22 baxış
Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV

Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV

Siyasət
04 oktyabr 2026 22 baxış
İlham Əliyevin çıxışındakı əsas mesajlar və Azərbaycanın yeni təhlükəsizlik xətti - YEKUNLAŞDIRAQ

İlham Əliyevin çıxışındakı əsas mesajlar və Azərbaycanın yeni təhlükəsizlik xətti - YEKUNLAŞDIRAQ

Siyasət
04 oktyabr 2026 22 baxış
Seçilmişlər
icon