Pleyeri seçin:

“Moskva arxivində saxlanılan İrəvana aid xəritəni Azərbaycana gətirmək istəyirəm”

02 sentyabr 2024 508 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nailə Hüseynova olub.

O, Qərbi Azərbaycanın Şörəyel mahalının Amasiya rayonunun Oxçuoğlu kəndindən söhbət açıb. Bildirib ki, ata-baba yurduna dair uşaqlıq xatirələri heç zaman onu tərk etməyib.

Kəndin tarixindən, mədəniyyətindən danışan alim vurğulayıb ki, “Kitabi-Dədə Qorqud”da Oxçuoğlunun adı etnotoponim kimi qeyd olunub. Alim ümumən Qərbi Azərbaycanın, o cümlədən Şörəyel mahalının tarixən acı tale yaşadığını, soydaşlarımızın min bir məhrumiyyətlə, zülmlə rastlaşdığını söyləyib.

Qeyd edib ki, sadəcə ötən əsrin 1905, 1918, 1988-ci illərində deyil, XIX əsrin sonlarında da Oxçuoğlu kəndinə ermənilər dəfələrlə basqın edib, yerli əhalini öz evindən didərgin salıblar.

N.Hüseynova Qanlıcan dərəsi deyilən ərazidən Oxçuoğluna edilən erməni hücumları barədə yaşlı nəsillərdən, öz valideynlərindən eşitdiklərini dilə gətirib. Bildirib ki, 1813-cü ilin “Gülüstan”, 1828-ci ilin “Türkmənçay” müqavilələrindən sonra Qərbi Azərbaycana, eləcə də Şörəyel mahalına ermənilərin kütləvi köçü başlayıb. Bu isə tədricən yerli azərbaycanlıların sıxışdırılması ilə nəticələnib.

Qərbi Azərbaycan İcmasının yaradılmasına, bu istiqamətdə atılan addımlara toxunan N.Hüseynova deyib ki, bir alim kimi İcmanın fəaliyyətinə hər zaman dəstək olmağa çalışır. O, Moskva arxivində İrəvana aid xəritə saxlanıldığına diqqət çəkərək, bu tarixi əhəmiyyətli materialı Azərbaycana gətirmək istədiyini bildirib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 508 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 508 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 508 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 508 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 508 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 508 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 508 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 508 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 508 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 508 baxış
Seçilmişlər
icon