Müasirliklə milli memarlığı birləşdirən Xankəndi konqres mərkəzi
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi Konqres Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunub.
Bu barədə jurnalistlərə açıqlamasında Xankəndi Konqres Mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov bildirib.
O qeyd edib ki, Konqres Mərkəzi 6400 kvadratmetrdən çox sahəni əhatə edir:
"Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb".
N.Bədəlovun sözlərinə görə, mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var:
"Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir".
#Xankəndi Konqres Mərkəzi teqi istifadə olunub
