"Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV
Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
“Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir”, – deyə Prezident bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- "TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV
- Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV
- "Müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır" | Prezident - Baku TV
- İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI
- Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV
