Pleyeri seçin:

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

05 sentyabr 2026 218 baxış

Ombudsman Aparatı Ermənistanda keçirilən mətbuat konfransında Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva həmin şəxslərin dini mənsubiyyətinə görə ayrı-seçkiliyə və işgəncəyə məruz qalması, xristian dini simvollarının məhv edilməsi və dini ayinlərlə bağlı səsləndirilən iddiaları əsassız və qərəzli hesab edib.

Səbinə Əliyeva qeyd edib ki, heç bir etibarlı sübut təqdim edilmədən ağır ittihamların fakt kimi ictimaiyyətə çatdırılması insan hüquqlarının müdafiəsi prinsiplərinə uyğun deyil. Ombudsman ayrı-ayrı şəxslərin məsələlərinin dini və etnik qarşıdurma müstəvisinə keçirilməsinin yolverilməz olduğunu vurğulayıb. Bildirilib ki, cinayət məsuliyyəti şəxsin etnik və ya dini mənsubiyyətinə deyil, törədilən əməlin xarakterinə, toplanmış sübutlara və məhkəmənin hüquqi qiymətləndirməsinə əsaslanır.

Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirildiyi, onların tibbi və psixoloji vəziyyətlərinin qiymətləndirildiyi açıqlanıb. Monitorinqlərin nəticələrinə əsasən, həmin şəxslərin hüquq və azadlıqlarının beynəlxalq standartlara uyğun təmin edildiyi, ayrı-seçkiliyə yol verilmədiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu bildirilib.

Ombudsman həmçinin yoxlanılmamış məlumatlar əsasında “işgəncə”, “dini təqib” və ayrı-seçkilik kimi ağır ifadələrin işlədilməsinin ictimai rəyi yanıltmağa və cəmiyyətlər arasında qarşıdurma yaratmağa xidmət edə biləcəyini qeyd edib. Səbinə Əliyeva belə açıqlamaların Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedici olduğunu vurğulayıb. Onun sözlərinə görə, davamlı sülh üçün yalnız siyasi və hüquqi razılaşmalar deyil, qarşılıqlı etimadın gücləndirilməsi və nifrət ritorikasından uzaq durulması da vacibdir.

Banner
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV

Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Siyasət
09 oktyabr 2026 218 baxış
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 218 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Siyasət
09 oktyabr 2026 218 baxış
Seçilmişlər
icon