Pleyeri seçin:
Pakistanda səsvermə prosesindən anbaan görüntülər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilib.
Səfirlikdən bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.
Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olan səsvermə hüququna malik seçicilər də səs verə biliblər.
Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilib.
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
