Pleyeri seçin:

Parçalanıb izi itirilən Karbibasar - Qərbi Azərbaycan Xronikası

05 iyul 2023 70 baxış

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə mənfur ermənilərin çirkin vasitələrə əl atıb oğuz-türk yurdlarını mənimsəməklə özlərinə tarixi Azərbaycan torpaqlarında məkan qurduqları mahallardan biri – Karbibasar haqqında süjet hazırlanıb.

“Ermənilər Karbibasar mahalını necə parçaladılar?” adlı süjetdə zaman-zaman Azərbaycanın qədim yaşayış məskənlərinin unudulması üçün xüsusi əməliyyatlar keçirən ermənilərin saxta iddialarından tarix boyu əl çəkmədikləri qeyd olunur.

Bildirilir ki, Karbibasar mahalı XIV-XIX əsrlərdə inzibati nahiyə kimi İrəvan xanlığına tabe olub: “1590-cı ilin icmal dəftərinə görə, Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində 73 kənd mövcud olub. 1728-ci ilin icmal dəftərinə görə isə buradakı 166 kəndin 59-u boş qalıb. Burada kameral siyahıyaalmadan əvvəl, yəni 1831-ci ildə 2592 nəfər, yəni 300 ailə azərbaycanlı, 5220 nəfər, yəni 892 ailə erməni yaşayıb. 1828-1830-cu illərdə Karbibasar mahalına İrandan 2897 nəfər - 518 ailə, Türkiyədən 176 nəfər – 35 erməni ailə köçürülüb”.

Həmçinin məlumat verilir ki, Qərbi Azərbaycanın Karbibasar mahalının adı 1990-cı illərdən əvvəl Əştərək, azərbaycanlıların sonuncu deportasiyasından sonra isə Araqaçotn adlandırılıb:

“Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Bu rayona 50 kənd daxil edilib və bunlardan 36-sı azərbaycanlı kəndi olub. 1930-cu ilə qədər bu sadaladığımız kəndlər İrəvan xanlığı dövründə Karbibasar mahalına, 1849-cu ildə İrəvan Quberniyası yaradıldıqda əksər kəndlər Eçmüədzin qəzasına, az bir hissəsi Abaran mahalına aid idi.

1827-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər rus-türk müharibələri dövründə xaraba qalan azərbaycanlı kəndlərində müxtəlif ölkələrdən gətirilmiş ermənilər yerləşdirilib. 1905, 1915-ci illərdə ermənilər havadarlarının köməyi ilə azərbaycanlıları xeyli qırdıqdan və didərgin saldıqdan sonra Əştərək rayonunda cəmi 15 min azərbaycanlı qalıb".

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 70 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 70 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 70 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 70 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 70 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 70 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 70 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 70 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 70 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 70 baxış
Seçilmişlər
icon