Pleyeri seçin:

Paşinyan Türkiyə və Azərbaycanla bağlı açıqlama verdi - Baku TV

03 iyul 2026 22 baxış

Ermənistan hökuməti Türkiyə və Azərbaycanla sərhədlərə uzanan dəmir yolu sahələrini müstəqil şəkildə bərpa etməyə başlayıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonrakı brifinqdə bildirib.

Paşinyan qeyd edib ki, Türkiyə sərhədi və Azərbaycan sərhədi istiqamətlərində dəmir yolu sahələrinin bərpası ilə bağlı işlərə start verilib.

"Biz artıq bu sahələrin bərpasına yönələn proseslərə başlamışıq və işləri həyata keçiririk. Digər sahələr üçün də rusiyalı həmkarlarımızla işçi müzakirələri davam etdirəcəyik. Mövqeyimiz dəyişməyib və dəyişməyəcək", – deyə Ermənistanın Baş naziri bildirib.

Nikol Paşinyan sözügedən sahələrin "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasından çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala konkret cavab verməkdən yayınıb. O, dəmir yollarının Ermənistanın mülkiyyəti olduğunu vurğulayıb.

"Bunlar bizim dəmir yollarımızdır, bizim mülkiyyətimizdir və biz öz mülkiyyətimizi idarə etməliyik. Təfərrüatı təqdim edə bilmərəm, çünki bu məsələləri hüquqi məsləhətləşmələr və işçi müzakirələr zamanı həll etməliyik. Cənubi Qafqaz Dəmir Yolu bütün bu proseslərə cəlb olunub, onlar baş verənlərdən xəbərdardırlar", – deyə Paşinyan əlavə edib.

Kopyalandı
Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub

Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub

Siyasət
02 iyul 2026 22 baxış
3 milyard dollarlıq formul: ABŞ sanksiyaları yumşaldır, yoxsa nəzarəti gücləndirir? - AKTUAL GÜNDƏM

3 milyard dollarlıq formul: ABŞ sanksiyaları yumşaldır, yoxsa nəzarəti gücləndirir? - AKTUAL GÜNDƏM

Siyasət
02 iyul 2026 22 baxış
Türkiyənin ədliyyə naziri Akın Gürlek Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Türkiyənin ədliyyə naziri Akın Gürlek Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
02 iyul 2026 22 baxış
İlham Əliyev Türkiyənin ədliyyə naziri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Türkiyənin ədliyyə naziri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
02 iyul 2026 22 baxış
"Haber Global" Ursula Fon der Lyayenin Bakıya səfəri barədə süjet hazırlayıb - Baku TV

"Haber Global" Ursula Fon der Lyayenin Bakıya səfəri barədə süjet hazırlayıb - Baku TV

Siyasət
02 iyul 2026 22 baxış
Azərbaycan diplomatiyası Qərbi yenidən siyasi seçim qarşısında qoydu? - AKTUAL GÜNDƏM

Azərbaycan diplomatiyası Qərbi yenidən siyasi seçim qarşısında qoydu? - AKTUAL GÜNDƏM

Siyasət
02 iyul 2026 22 baxış
Fransa Omanla razılaşdı, İran etiraz etdi | Kritik Doha görüşündən gözləntilər - YENİ BİR SƏHƏR

Fransa Omanla razılaşdı, İran etiraz etdi | Kritik Doha görüşündən gözləntilər - YENİ BİR SƏHƏR

Siyasət
02 iyul 2026 22 baxış
Azərbaycan Baş nazirinin müavini ABŞ-nin müstəqillik yubileyində çıxış edib - Baku TV

Azərbaycan Baş nazirinin müavini ABŞ-nin müstəqillik yubileyində çıxış edib - Baku TV

Siyasət
02 iyul 2026 22 baxış
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq dərinləşir - Baku TV

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq dərinləşir - Baku TV

Siyasət
02 iyul 2026 22 baxış
Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi təklif olunub - Baku TV

Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi təklif olunub - Baku TV

Siyasət
02 iyul 2026 22 baxış
Seçilmişlər
icon