Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda keçirilən I Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə enerji əməkdaşlığının inkişafı məqsədilə ikitərəfli, üçtərəfli, dördtərəfli formatlarda görüşlər keçirilib.
Türkiyə və Azərbaycan nazirlərinin ikitərəfli görüşündə nazir Pərviz Şahbazov forumun keçirilməsi, eyni zamanda BOTAŞ şirkətinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, COP29-da iştiraka görə təşəkkürünü bildirib.
Müzakirələr zamanı ikitərəfli enerji əməkdaşlığının prioritet məsələləri və gələcək perspektivləri nəzərdən keçirilib. Türkiyəyə və buradan Avropaya yaşıl enerji, həmçinin qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafından bəhs edilib.
Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrasının cari vəziyyəti, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekun mərhələsi, habelə “Azərbaycan-Türkiyə IV Enerji Forumu”nun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
- Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV
