Prezident İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Dövlət başçısı Sammitdə iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi, Sammitdə iştirak edən digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.
Sammit bədii hissə ilə başlayıb. Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
Türkiyə Prezidenti çıxışında əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkürünü bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb - Baku TV
- Prezident və birinci xanım COP31-in Liderlər Sammitində iştirak etdilər - Baku TV
- Türkiyədə COP31 keçirilir | Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdirdilər - Baku TV
- Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş İlham Əliyevi qarşıladı - Baku TV
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
