Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV
Prezident İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.
Qeyd ki, “Brookfield” uzunmüddətli sahib kimi dünya üzrə institusional və fərdi investorlarla birlikdə investisiya edən qlobal investisiya şirkətidir.
Şirkətin kökləri 1899-cu ildə Braziliyanın San-Paulu şəhərində təsis edilmiş özəl kommunal şirkətə gedib çıxır, 125 ildən artıq tarixə malikdir.
Şirkət sahib-operator yanaşmasını tətbiq edir: uzunmüddətli kapitalı praktiki əməliyyat təcrübəsi ilə birləşdirərək aktivlərin və bizneslərin dəyərini artırır.
1 trilyon ABŞ dollarından çox aktivləri idarə edən şirkət 50-dən çox ölkədə fəaliyyət göstərir, 2000-dən artıq qlobal investisiya yatırımı edib.
Fəaliyyət istiqamətləri infrastruktur, enerji, daşınmaz əmlak, özəl kapital və kredit sahələridir.
Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.
Şirkət suveren fondlar, pensiya fondları, sığorta şirkətləri, endaument fondları və ailə ofisləri ilə tərəfdaşlıq edir.
Şirkətin qiymətləndirməsinə görə, ümumi daxili məhsulu 2 trilyon ABŞ dolları olan Körfəz Əməkdaşlıq Şurası dünyanın ən iri iqtisadiyyatlarından biridir.
“Brookfield Asset Management” şirkəti 2025-ci ildə PEI Group tərəfindən “İlin firması: Qlobal”, “İlin fond meneceri: Qlobal” və “İlin enerji keçidi investoru: Qlobal” daxil olmaqla bir sıra mükafatlara layiq görülüb.
Xatırladaq ki, Dövlət Neft Fondu ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
#İlham Əliyev teqi istifadə olunub
- “Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV
- İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
- Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - Baku TV
