Prezident İlham Əliyev və laoslu həmkarı arasında nələr müzakirə edildi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Hesab edirəm ki, siyasi əlaqələrimizin daha da gücləndirilməsi səfərinizin ən yaxşı nəticəsi olardı. Biz yaxşı dostuq və beynəlxalq arenada fəal əməkdaşlıq edirik. Əlbəttə ki, biz iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyirik”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü zamanı deyib.
“Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcək. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Hesab edirəm ki, hər iki tərəfin biznes dairələri bu imkanı araşdıracaq”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum | Təxribatın arxasında kimlər durur? - Baku TV
- Milli radio və televiziyanın yubileyi | Prezident teleradionun cəmiyyətdəki rolunu qeyd etdi
- Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri | Bakı-London əməkdaşlığı
- Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbasa təbrik məktubu ünvanlayıb
- Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər
