Pleyeri seçin:

Prezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı qəbul etdi

29 mart 2025 738 baxış

Prezident İlham Əliyev martın 29-da Xalq artisti Şəfiqə Məmmədovanı qəbul edib, ona “İstiqlal” ordenini təqdim edib.

Dövlət başçısı Xalq artistini qarşıdan gələn yubileyi münasibətilə təbrik edib, ona yeni uğurlar arzulayıb.

“Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız, ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermisiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmısınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi, siz bunu yaxşı bilirsiniz.

Hələ sovet dövründə siz həm Azərbaycan Respublikasının, həm Sovet İttifaqının dövlət mükafatlarına layiq görülmüsünüz. Müstəqillik illərində, 2000-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Ondan sonra da Azərbaycan dövləti sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirərək sizi ali mükafatlarla təltif etmişdir. Mənim Sərəncamımla siz "Şərəf", Birinci dərəcəli "Əmək" ordenləri, Fəxri diplomla təltif olunmusunuz. Bu gün imzaladığım Sərəncam əsasında “İstiqlal” ordeni ilə təltif edilirsiniz”, − deyə Prezident İlham Əliyev Şəfiqə Məmmədovanı qəbul edərkən deyib.

Dövlət başçısına dərindən təşəkkür edən Xalq artisti Şəfiqə Məmmədova bu günün həyatının ən xoşbəxt, ən mənalı və nəticəli günlərindən biri olduğunu deyib.

“Hörmətli cənab Prezident, bu gün Siz mənə elə bir zirvəni, elə bir qüruru bəxş etmisiniz ki, mən ömrümün axırına kimi Sizə minnətdar olacağam”, − deyə Xalq artisti bildirib. 

Banner
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 738 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 738 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 738 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 738 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 738 baxış
Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Siyasət
24 oktyabr 2026 738 baxış
Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Siyasət
24 oktyabr 2026 738 baxış
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Siyasət
24 oktyabr 2026 738 baxış
İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

Siyasət
23 oktyabr 2026 738 baxış
Ərinc sakinlərinin taleyi haqqında yazılı mənbələrdə hansı məlumatlar var? - Baku TV

Ərinc sakinlərinin taleyi haqqında yazılı mənbələrdə hansı məlumatlar var? - Baku TV

Siyasət
23 oktyabr 2026 738 baxış
Seçilmişlər
icon