Prezident İlham Əliyev yeni Roma Papasını təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tacla əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.
Bu barədə Prezident İlham Əliyev yeni seçilən Roma Papası XIV Leo Həzrətlərinə ünvanladığı təbrik məktubunda bildirib.
Dövlət başçısı qeyd edib ki, çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
“İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcək. Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm”, – deyə Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrikində bildirib.
#Roma Papası XIV Leo teqi istifadə olunub
- Roma papası əməliyyat olunub, ağciyərindəki düyünün çıxarıldığı iddia edilir
- Roma Papası XIV Leo Parisdə insanları başına topladı
- Roma Papasının İspaniyaya rəsmi səfəri başa çatıb
- Pezeşkian Roma Papasına təşəkkür etdi | Hörmüzün aqibəti necə olacaq? - Baku TV
- Tramp Roma Papası XIV Lev barədə sərt açıqlamalar verib
