Pleyeri seçin:

Prezident İlham Əliyevin sosial media hesabında WUF13 ilə bağlı paylaşım edilib - Baku TV

23 may 2026 431 baxış

Prezident İlham Əliyevin sosial media hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı paylaşım edilib.

Dövlət başçısının “X” hesabındakı paylaşımda qeyd edilib ki, Azərbaycan daha bir mühüm qlobal tədbirə – WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu:

“Bu, COP29-dan sonra ölkədə keçirilmiş ikinci ən böyük beynəlxalq toplantıdır. Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də “UN-Habitat”ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik”.

Paylaşımda bildirilib ki, təxminən 60 000 rekord sayda iştirakçı ilə WUF13 indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü:

“Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti qlobal şəhər gündəliyinə daha böyük siyasi təkan verdi”.

Paylaşımda vurğulanıb ki, WUF13 çərçivəsində aparılan zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədin – Sədrin Xülasəsi və “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul olunması ilə nəticələndi:

“Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq. Bu səylər dünyanın digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır”.

“Forumdan irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar – təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunması və inkişaf etməkdə olan kiçik ada dövlətlərin ehtiyaclarınadək – qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.

Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir”, – deyə paylaşımda qeyd edilib. 

Banner
Ağkəndlə bağlı üzə çıxan həqiqətlər: erməni mənbələri bu kənd barədə nəyi etiraf edir? - Baku TV

Ağkəndlə bağlı üzə çıxan həqiqətlər: erməni mənbələri bu kənd barədə nəyi etiraf edir? - Baku TV

Siyasət
08 oktyabr 2026 431 baxış
Prezident İlham Əliyev Türkmənistandan mühüm mesajlar verdi - Baku TV

Prezident İlham Əliyev Türkmənistandan mühüm mesajlar verdi - Baku TV

Siyasət
08 oktyabr 2026 431 baxış
Türkmənistanda böyük diplomatik gündəm: Bakı, Moskva və Aşqabad hansı maraqlar ətrafında birləşir?

Türkmənistanda böyük diplomatik gündəm: Bakı, Moskva və Aşqabad hansı maraqlar ətrafında birləşir?

Siyasət
08 oktyabr 2026 431 baxış
Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Siyasət
08 oktyabr 2026 431 baxış
Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
08 oktyabr 2026 431 baxış
Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Siyasət
08 oktyabr 2026 431 baxış
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Siyasət
08 oktyabr 2026 431 baxış
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Siyasət
08 oktyabr 2026 431 baxış
Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Siyasət
08 oktyabr 2026 431 baxış
İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

Siyasət
08 oktyabr 2026 431 baxış
Seçilmişlər
icon