Prezident İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 19-da Türkiyə Prezidentinin Sarayında – Külliyedə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi qarşılayıb. İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Türkiyənin rəsmi şəxsləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Sonra rəsmi foto çəkdirilib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
