Pleyeri seçin:

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

17 dekabr 2025 281 baxış

Dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub.

Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Bakı Təşəbbüs Qrupu Fransanın qəddar siyasətini unutmur, unutdurmur - Baku TV

Bakı Təşəbbüs Qrupu Fransanın qəddar siyasətini unutmur, unutdurmur - Baku TV

Siyasət
13 may 2026 281 baxış
"Rekord həddə..." | WUF13-ün keçiriləcəyi məkanda hansı işlər görülüb? - Baku TV

"Rekord həddə..." | WUF13-ün keçiriləcəyi məkanda hansı işlər görülüb? - Baku TV

Siyasət
13 may 2026 281 baxış
Prezident Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

Prezident Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

Siyasət
13 may 2026 281 baxış
Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanı hansı təhlükələrlə üz-üzə qoya bilər?

Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanı hansı təhlükələrlə üz-üzə qoya bilər?

Siyasət
13 may 2026 281 baxış
Bəqaidən Avropaya mesaj | Almaniyanın Rusiya planı | İrəvanın dəyişməyən taleyi - YENİ BİR SƏHƏR

Bəqaidən Avropaya mesaj | Almaniyanın Rusiya planı | İrəvanın dəyişməyən taleyi - YENİ BİR SƏHƏR

Siyasət
13 may 2026 281 baxış
“Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa - Baku TV

“Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa - Baku TV

Siyasət
13 may 2026 281 baxış
Azərbaycan yeni və güclü strateji nəqliyyat missiyasına arxayındır - Baku TV

Azərbaycan yeni və güclü strateji nəqliyyat missiyasına arxayındır - Baku TV

Siyasət
12 may 2026 281 baxış
Sabiq xarici işlər nazirindən açıqlama

Sabiq xarici işlər nazirindən açıqlama

Siyasət
12 may 2026 281 baxış
Ermənistanda radikal müxalifət sülh prosesinə niyə müqavimət göstərməyə çalışır?

Ermənistanda radikal müxalifət sülh prosesinə niyə müqavimət göstərməyə çalışır?

Siyasət
12 may 2026 281 baxış
Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib - Baku TV

Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib - Baku TV

Siyasət
12 may 2026 281 baxış
Seçilmişlər
icon