Pleyeri seçin:

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV

17 sentyabr 2026 244 baxış

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.

Tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.

Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb.

Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.

Banner
Dörd ölkənin səfiri Sumqayıtda alman əsirlərinin məzarlığını ziyarət edib - Baku TV

Dörd ölkənin səfiri Sumqayıtda alman əsirlərinin məzarlığını ziyarət edib - Baku TV

Siyasət
16 noyabr 2026 244 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum | Təxribatın arxasında kimlər durur? - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum | Təxribatın arxasında kimlər durur? - Baku TV

Siyasət
15 noyabr 2026 244 baxış
Milli radio və televiziyanın yubileyi | Prezident teleradionun cəmiyyətdəki rolunu qeyd etdi

Milli radio və televiziyanın yubileyi | Prezident teleradionun cəmiyyətdəki rolunu qeyd etdi

Siyasət
15 noyabr 2026 244 baxış
Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri | Bakı-London əməkdaşlığı

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri | Bakı-London əməkdaşlığı

Siyasət
15 noyabr 2026 244 baxış
Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbasa təbrik məktubu ünvanlayıb

Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbasa təbrik məktubu ünvanlayıb

Siyasət
15 noyabr 2026 244 baxış
Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd

Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd

Siyasət
14 noyabr 2026 244 baxış
Media və Yayım Şurası auditoriyanı yanıldan vizual təqdimatlara yol verilməməsini tələb edib

Media və Yayım Şurası auditoriyanı yanıldan vizual təqdimatlara yol verilməməsini tələb edib

Siyasət
14 noyabr 2026 244 baxış
Silah istehsalında güclü olan ölkələr sursat tələbatını niyə qarşılaya bilmir? - HƏRBİ XRONİKA

Silah istehsalında güclü olan ölkələr sursat tələbatını niyə qarşılaya bilmir? - HƏRBİ XRONİKA

Siyasət
13 noyabr 2026 244 baxış
Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər

Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər

Siyasət
13 noyabr 2026 244 baxış
Azərbaycanla Böyük Britaniya arasında mühüm sənəd

Azərbaycanla Böyük Britaniya arasında mühüm sənəd

Siyasət
13 noyabr 2026 244 baxış
Seçilmişlər
icon