Prezident Qəbələdə TDT-nin Ağsaqqallar Şurasının sədrini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Səmimi keçən görüşdə, tərəflər TDT-nin fəaliyyətinə göstərilən dəstəyi xüsusi məmnunluqla qeyd ediblər. Qonaq Binəli Yıldırım, Ağsaqqallar Şurasının türk dövlətləri arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcəyini vurğulayıb. Söhbət zamanı TDT Dövlət Başçıları Şurasının qarşıdan gələn 12-ci Zirvə görüşünün əhəmiyyəti xüsusi qeyd edilib və tədbirin yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bütün sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV
- Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV
- Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV
