Prezident Qurban bayramı münasibətilə xalqı təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım! Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”.
#Qurban bayramı teqi istifadə olunub
- İnsanların axın etdiyi müqəddəs məkanın sirri | "Bu su üstlərinə düşsə..." - Baku TV
- Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib
- İşğaldan azad olunan rayonlarda Qurban bayramı qeyd edilir - Baku TV
- "Onların ruhu üçün dualar etdik" | Bayram namazı qılan sakinlər danışdı - Baku TV
- Azərbaycanda Qurban bayramı qeyd edilir - Baku TV CANLI
