Prezident separatçıların həbsindən danışdı | Separatçılara nə təklif edilmişdi?
Yeniliklərdən dərhal xəbərdar olun
“İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var – onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”.
Bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.
“Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həlli yolu var. Separatçıların liderləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, Azərbaycana tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər”, – deyə dövlət başçısı bildirib.
#Qarabağ erməniləri teqi istifadə olunub
- Ermənistanda hər yerdə azərbaycanlı görmək sindromu nədir? - Baku TV
- Elinart Vardanyan Qarabağ ermənilərindən danışdı | Bunu etməyə sizin haqqınız yoxdur!
- Ermənilərin yeni pasportlarında doğum yerinə Azərbaycan yazılıb | Hər kəsi təəccübləndirən mənzərə
- Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası | İlham Əliyevdən mühüm açıqlamalar
- Deputat Ermənistanla bağlı şərti açıqladı | Bütün gücümüzlə çalışmalıyıq ki...
