Prezident Sumqayıtda açılış və təməlqoyma mərasimlərində iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıta səfər edib.
Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Dövlət başçısı Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
#İlham Əliyev teqi istifadə olunub
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı - Baku TV
