Prezident Tiencin şəhərində "China National Chemical Engineering" şirkətinin sədri ilə görüşdü
Prezident İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində "China National Chemical Engineering" şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
Söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. "China National Chemical Engineering" şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd edib.
Sonda dövlət başçısının və şirkət sədrinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası "Seven LTD" arasında imzalanmış Çərçivə Sazişinin mübadiləsi olub.
Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.
#İlham Əliyev teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
