Pleyeri seçin:

Prezident Türkiyə Parlamentinin nümayəndə heyətini qəbul edib

17 iyul 2023 326 baxış

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Fuat Oktay qəbula görə təşəkkürünü bildirib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Ölkələrimiz arasında əlaqələrin çox böyük məmnunluq doğurduğunu vurğulayan Fuat Oktay münasibətlərimizin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyib. O, Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyənin yanında olmasının önəmini qeyd edən TBMM-in komitə sədri bu dəstəyə görə təşəkkürünü ifadə edib.

İqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən Fuat Oktay ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığının genişlənməsi istiqamətində səyləri yüksək qiymətləndirib.

O, eyni zamanda Ermənistanda Nemesis terrorçularına abidənin qoyulması ilə əlaqədar Türkiyənin də ciddi narahatlığını bir daha diqqətə çatdırıb.

Fuat Oktay həmçinin ölkələrimiz arasında enerji, təhsil, hərbi, hərbi-texniki, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini qeyd edib.

 

Banner
Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib

Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib

Siyasət
21 oktyabr 2026 326 baxış
Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV

Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV

Siyasət
21 oktyabr 2026 326 baxış
235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA

235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA

Siyasət
21 oktyabr 2026 326 baxış
ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM

ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM

Siyasət
21 oktyabr 2026 326 baxış
Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV

Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV

Siyasət
21 oktyabr 2026 326 baxış
Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM

Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM

Siyasət
21 oktyabr 2026 326 baxış
Almalıq kəndinin tarixi sirləri | Arxivlər hansı reallıqları ortaya çıxardı?

Almalıq kəndinin tarixi sirləri | Arxivlər hansı reallıqları ortaya çıxardı?

Siyasət
21 oktyabr 2026 326 baxış
Azərbaycan həqiqətləri BMT tribunasında | Bakıda yeni mikrorayon salına bilər - YENİ BİR SƏHƏR

Azərbaycan həqiqətləri BMT tribunasında | Bakıda yeni mikrorayon salına bilər - YENİ BİR SƏHƏR

Siyasət
21 oktyabr 2026 326 baxış
Paşinyan TRIPP layihəsinə Rusiyanı niyə cəlb etmək istəyir? - Baku TV

Paşinyan TRIPP layihəsinə Rusiyanı niyə cəlb etmək istəyir? - Baku TV

Siyasət
21 oktyabr 2026 326 baxış
XİN-dən Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq - 24 SAAT

XİN-dən Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq - 24 SAAT

Siyasət
20 oktyabr 2026 326 baxış
Seçilmişlər
icon