Pleyeri seçin:

Prezident Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul etdi

25 may 2024 412 baxış

Prezident İlham Əliyev mayın 25-də Ukraynanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladaraq bu müstəvidə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimizin müstəqilliklərinin bərpasından bəri Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığı və ölkələrimiz arasında ikitərəfli əsasda yaxşı əlaqələrin olduğu qeyd edilib, həmçinin dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.

Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirib.

Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülən bərpa-quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Banner
İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Siyasət
23 noyabr 2026 412 baxış
Ukrayna üçün əsas təhlükəsizlik zəmanəti | ABŞ borc limitinə çatsa, nə baş verəcək? - YENİ BİR SƏHƏR

Ukrayna üçün əsas təhlükəsizlik zəmanəti | ABŞ borc limitinə çatsa, nə baş verəcək? - YENİ BİR SƏHƏR

Siyasət
23 noyabr 2026 412 baxış
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri ilə görüşüb - Baku TV

İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri ilə görüşüb - Baku TV

Siyasət
22 noyabr 2026 412 baxış
150 milyon dolları ötən ticarət: Azərbaycan–Vyetnam əməkdaşlığının 4 istiqaməti - YEKUNLAŞDIRAQ

150 milyon dolları ötən ticarət: Azərbaycan–Vyetnam əməkdaşlığının 4 istiqaməti - YEKUNLAŞDIRAQ

Siyasət
22 noyabr 2026 412 baxış
Azərbaycan–Vyetnam əlaqələrində hansı sahələr önə çıxır? - Baku TV

Azərbaycan–Vyetnam əlaqələrində hansı sahələr önə çıxır? - Baku TV

Siyasət
22 noyabr 2026 412 baxış
TRIPP üçün geri sayım başladı: Paşinyan konkret tarix verdi - Baku TV

TRIPP üçün geri sayım başladı: Paşinyan konkret tarix verdi - Baku TV

Siyasət
22 noyabr 2026 412 baxış
Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Ermənistan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrini necə inkişaf etdirməyi planlaşdırır?

Siyasət
22 noyabr 2026 412 baxış
İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

Siyasət
22 noyabr 2026 412 baxış
Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV

Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV

Siyasət
22 noyabr 2026 412 baxış
Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV

Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV

Siyasət
21 noyabr 2026 412 baxış
Seçilmişlər
icon