Prezidentin adından yayılan saxta videomüraciətlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsilə Prezident İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət “deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır".
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə açıqlamasında bildirilib.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıran qurumlar xatırladıb ki, Prezidentin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
“Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, – deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, “deepfake” texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması və yayılması halı 44 günlük Vətən müharibəsi dövründə də müəyyən edilərək qarşısı alınıb. Hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən “deepfake”lərə qarşı müvafiq qurumlar mübarizə və geniş maarifləndirmə işləri aparır.
“Qeyd olunan saxta və yalan videomüraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", – deyə açıqlamada qeyd edilib.
#Medianın İnkişafı Agentliyi teqi istifadə olunub
- MEDİA-dan əsassız iddialarla bağlı bəyanat - Baku TV
- MEDİA-dan Britaniya mediasına sərt reaksiya - Baku TV
- Medianın İnkişafı Agentliyi milli icmalarla bağlı açıqlama verdi - Baku TV
- Azərbaycanda bəzi İran KİV-lərinin fəaliyyəti qanunsuz sayıldı - Baku TV
- 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub - Baku TV
