Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib.
Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.
Sultan Əhməd Əl-Cabir BƏƏ-nin COP28-in sədri və ev sahibi olaraq Azərbaycanla yaxından işləməkdən məmnunluğunu bildirərək, COP29 ilə bağlı BƏƏ-nin Azərbaycana dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb, bu istiqamətdə birgə işləməyə və əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Dövlət başçısı Azərbaycanla BƏƏ arasında birgə fəaliyyətin əhəmiyyətini və COP28-də “üçlük” mexanizminin yaradılmasının vacibliyini qeyd edib. Söhbət zamanı Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin yaşıl enerji sahəsinə BƏƏ tərəfindən yatırılan investisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və bu istiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
