Prezidentin müraciəti oxundu | Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 2-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumu keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib.
Müraciətdə bildirilir: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənib.
Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşıb. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir”.
#İlham Əliyev teqi istifadə olunub
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
