Putin Consonu raketlə hədələyib?
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Krallığın sabiq baş naziri Boris Conson “BBC” telekanalında yayımlanan “Putin Qərbə qarşı” sənədli filmində Rusiya Prezidentindən danışıb və bildirib ki, Vladimir Putin onu telefon danışığı zamanı raket zərbəsi ilə hədələyib.
Consonun sözlərinə görə, buna səbəb Rusiya Prezidentinə müharibə ilə bağlı etdiyi xəbərdarlığı və bunun fəlakətlə nəticələnəcəyini xatırlatması olub. Bundan sonra Vladimir Putin “Səni incitmək istəmirəm, amma raket zərbəsini endirmək 1 dəqiqə çəkir”, - deyə Boris Consona cavab verib.
Rusiya Prezidentinin zarafat etdiyini və sülh danışıqlarından yayındığını deyən sabiq baş nazir əlavə edib ki, Vladimir Putinin telefon danışığındakı səmimiyyəti onu təəccübləndirib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Boris Consonun iddiasını təkzib edib və bunu “yalan” adlandırıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
