Putin NATO-ya meydan oxudu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Sovet İttifaqından sonra Rusiyanı məhv etməyi hədəflədiyini bildirib.
“Onların bir məqsədi var: keçmiş Sovet İttifaqını və onun əsas hissəsi olan Rusiya Federasiyasını dağıtmaq. Bizi hərdən “mədəni xalqlar ailəsi”nə qəbul edirlər, lakin ayrı-ayrılıqda. Görürsünüz? Hər hissəni ayrıca. Niyə? Təbii ki, bu hissələrə nəzarət etmək üçün. Əgər biz bu yolla getsək, Rusiyada çox sayda insanın, ilk növbədə rus xalqının taleyi kəskin şəkildə dəyişə bilər. Vahid rus xalqının əvəzinə moskvalılar, urallılar və başqaları olacaqdı. Bu, Qərbin sadəcə kağız üzərində qalan əsas planı idi”, - deyə o qeyd edib.
V.Putin bütün bunlara baxmayaraq, Rusiya xalqının birlik halında olduğuna da diqqət çəkib. “Rusiya xalqı birləşdikdə böyük bir güc nümayiş etdirir. Bu birlik bizim bütün uğurlarımızın və qələbələrimizin əsas şərtidir” deyən Prezidentin sözlərinə görə, NATO-nun bütün aparıcı ölkələri Ukraynaya on milyardlarla dollarlıq silah göndərirlər və bu o deməkdir ki, onlar müəyyən dərəcədə müharibədə iştirak edirlər.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
