Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Azərbaycanda yaranmış ilk Oğuz dövləti – İşquz çarlığı" adlı veriliş efirə gedib.
Verilişdə araşdırmaçı Əkbər Nəcəf Qafqazın tarixi və aborogen əhalisi haqqında danışıb, Çin-fars mənbələrində Qafqaz regionunun əhalisi və dövlətçilik tarixi ilə bağlı maraqlı faktları açıqlayıb.
Onun sözlərinə görə, Qafqaz anlayışı 19-cu əsrdə yaranıb:
"Türklər tarix boyunca bu areal içərisində qabaran dənizlər kimi bəzən genişləniblər, bəzən də kiçiliblər. Qafqazın ilk dəfə adı İşqulili, yəni İşquzeli şəklində çəkilib. Türklərin at üstündə oxla döyüşməyi onları yenilməz edib. Türk, əslində, bir etnik kimlik deyildir, daha çox bir idarə edici kimliyin adıdır".
O deyib ki, urartululara erməni demək tarixi yanlışlıqdır:
"Skiflər içərisində hakim ünsür türklər olublar. Skiflərin, hunların, oğuzların inancları eyni idi".
Süjetdə həmçinin Azərbaycandakı Səlcuq hökmdarı Yağıbasanın "Bizans xalqı qadınlaşmışdır, ona görə bu coğrafiyaya ələ keçirmə haqqımız vardır" fikirlərinə yer verilib, Qaraqoyunlu – Qara hunlar niyə "Qara", Ağqoyunlu – Ağ hunlar niyə "Ağ" adlanırdı suallarına da aydınlıq gətirilib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
